İsrail təyyarələri Qəzzadakı 3 məscidi

Maide.az-ın məlumatına görə, İsrail təyyarələri Qəzzanın qərbindəki Şati mühacir düşərgəsində olan "əs-Sevusi" məscidini hədəf alıb. Hücum nəticəsində məscid tamamilə dağılıb, ətrafındakı evlər də zərər görüb.
 
Təyyarələr Qəzzənin cənubundakı Əş-Şeyx məhəlləsindəki "Xəlil əl-Vəzir" ilə şimaldakı Beyt Lahya bölgəsində olan "əl-Bəşir" məscidlərini də vurub. Məscidlər tamamilə dağıdılıb.
 
Qeyd edək ki, İsrailin ibadətxanaları hədəf alan bu son hücumlarıyla  7 iyuldan bu yana 74 məscid ziyan görüb, bunlardan 20-i tamamilə dağılıb. 
 
Hücumların başladığı gündən bu yana 252-si uşaq olmaqla 1260 fələstinli öldürülüb.
 

Google+ WhatsApp ok.ru