Cəzairi: ABŞ İŞİDə yardımlarını davam etdirir

İran Baş Qərargah rəisinin köməkçisi ABŞın İŞİDə silah, qida və tibbi vəsait dəstəyi verdiyini söyləyib.
 
Maide.az xəbər verir ki, Cəzairi Vaşinqton rəhbərliyinin İŞİDə qarşı mübarizəsinin saxta olduğunu söyləyərək, "ABŞ və beynəlxalq koalisiya terrorist İŞİD-lə mübarizə etdiyini söyləyir, ancaq ABŞ təşkilata silah, qida və tibbi vəsait köməyi edir. ABŞın İŞİD-ə qarşı döyüşən qruplara havadan etdiyi köməklərin bir qisimi İŞİD terrorçularının əlinə keçib. ABŞ hava sahəsinə nəzarət edir və bölgə haqqında da lazımlı kəşfiyyata sahibdir. Demək, köməklərin İŞİDin əlinə keçməsi səhv deyil, qəsddir".

Google+ WhatsApp ok.ru