Husi hərəkatı Yəməndə Əl-Qaidəni diz çökdürməyə and içdi

Ənsarullahın liderlik etdiyi inqilaba və imzalanan sülh müqaviləsinə qarşı hücum son günlərdə artıb. Daxili və xarici güclər nəhayət ortaq çıxış nöqtəsi tapıblar: Husiləri klassik çirkli terrorizm vasitəsiylə vurmaq.
 
Maide.az xəbər verir ki, Husilərin bütün Yəmən xalqının olduğunu söylədiyi, düşmənlərinin isə İran mənşəli olduğuna inandığı inqilaba qarşı artan intiqam duyğusunun böyüklüyünü görmək üçün yaxın zamanda Səudiyyə rejimi tərəfindən edilən bəzi açıqlamalara və krallığın nəzarətində olan media orqanlarının yazdığına baxmaq kifayətdir.
 
Yəmənə hakim olan xaosun bir göstəricisi olaraq Əl-Qaidə terrorçuları Yəmənin şərqində Səudiyyə sərhədi yaxınlığında olan Hazramut vilayətindəki Ummul-Məğrib hərbi aerodromuna hücum edib və yerli mənbələrə görə aerodromdakı ləvazimatları oğurlayıb.

Google+ WhatsApp ok.ru