Cənub zonası səhəri dəhşətli qəza ilə açdı (Foto)

Bu gün səhər saat 09:00 radələrində Bakı-Astara magistral yolunun 117 km-də ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib

Hadisə Cəlilabad rayonunun ərazisində qeydə alınıb.
İslamazeri.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakıdan Astara istiqamətində hətəkət  edən 99-FX-255 dövlət nömrə nişanlı Mersedes markalı avtomobil yüksək sürətlə yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil iki hissəyə parçalanıb. Hadisə yerinə Cəlilabad və Biləsuvar rayonlarından Təcili Tibbi Yardım maşınları köməyə gəlsə də, yaralıların həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində sürücü və iki azyaşlı sərnişin dünyasını dəyişib. Sərnişinlərdən birinin vəziyyəti isə orta ağırdır. 
Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırmalar aparılır. /
 

 

 

Google+ WhatsApp ok.ru