İngiltərədə təyyarə qəzaya uğradı, ölənlər var

İngiltərənin cənubunda yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 2 nəfər ölüb, daha 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
İnsident Pofem şəhəri aerodromu yaxınlığında, meşəlik ərazidə baş verib. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. /
 

Google+ WhatsApp ok.ru