Cəlilabadda partlayış – Yaralılar var

Bu gün səhər saatlarında Cəlilabad şəhərinin partlayış baş verib. 
 
FHN-dən Maide.az-a verilən məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
 
Yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 ədəd divan və döşək qismən yanıb. Partlayış zamanı 4 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

Google+ WhatsApp ok.ru