Rusiyada 15 əməkçi miqrant avtomobil qəzasında həlak olub

Rusiyanın Bryansk vilayətində “Mercedes Sprinter” mikroavtobusu ilə yük maşının toqquşması nəticəsində 15 nəfər həlak olub. Bu barədə TASS agentliyi yerli hüquq-mühafizə orqanlarında istinadla məlumat yayıb.
 
Həlak olanlar arasında mikroavtobusun sürücüsü və 14 sərnişin var. Ehtimal edilir ki, ölənlərin hamısı Orta Asiyadan gəlmiş əməkçi miqrantlardır. Qəzanın mikroavtobusun qarşı tərəfin yoluna çıxması səbəbindən baş verdiyi bildirilir.

Google+ WhatsApp ok.ru