Cənubi Koreyada MERS virusu can almağa davam edir

Maide.az-ın məlumatına görə, yerli rəsmilər Cənubi Koreyada MERS virusu qurbanlarının sayının bazar günü 15-ə çatdığı barədə  xəbər verib. Bundan əlavə, Səhiyyə Nazirliyinin məlumatına görə,  əlavə daha 7 yoluxma hadisəsi qeydə alınıb ki, bu da  ümumilikdə  145 nəfərin xəstələndiyini göstərir.
 
Qeyd edək ki, ÜST-ün yaydığı bəyanatda deyilirdi ki, Yaxın Şərq respirator sindromlu Korona virusu (MERS) ilə tanış olmaayn  koreyalı həkimlər  xəstəliyin yayılmasına şərait yaradıblar.
 
"Bundan əlavə, Seul xəstəxanaları  ağzınacan dolu idi, bu da infeksiyanın geniş yayılmasına səbəb olub", - deyə sənəddə bildirib.
 
ÜST bildirir ki, bu epidemiya  çətin xüsusiyyətə malikdir və yeni  yoluxma hallarına hazır olunmalıdır.

 

Google+ WhatsApp ok.ru