Qəzza zolağında aksiya

Qəzza zolağı sakinləri BMT-nin Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyinin xidmətlərini azaltmasına etiraz olaraq aksiya keçirib.
Maide.az Misirin əl-Youm əl-Sabə xəbər portalına istinadən xəbər verir ki,  yüzlərlə fələstinli bazar günü Qəzza şəhərində Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyinin ofisi qarşısına toplaşaraq aksiya keçirib və bu agentliyin siyasətlərinə qarşı şüarlar səsləndirib. Aksiya iştirakçıları agentliyin Fələstinli qaçqınlara xidmətlərin artırılmasını tələb edib. 
Aksiyaçılar Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyinin xidmətlərinin azaldılmasının Qəzza zolağında işsizlik, səhiyyə və təhsil mərkəzlərində acınacaqlı vəziyyətin güclənməsinə səbəb olduğunu bildiriblər. 
Qəzza zolağında Əmək və İşçilər birliyi də Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyinin Qəzza zolağında xidmətlərinin azalmasını qəbuledilməz adlandırıb və bildirib ki, hazırda xidmətlərin azaldılması zamanı deyil, artırılması zamanıdır. 
Fələstinli Qaçqınlara Əmək və Yardım Agentliyi səhiyyə və təlim sahələrindəki xidmətlərini azaltmaq niyyətindədir. 
Qəzza əhalisinin 70% yəni 1,2 milyon nəfər fələstinli didərgindir./

Google+ WhatsApp ok.ru