Cənubi Sudanda İsrail silahları istifadə edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında Cənubi Sudanda İsrail silahlarından istifadə edildiyi bildirilib.
 
Maide.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) 21 avqustda təqdim olunan komissiya hesabatında Sudanda istifadə edilən silahların İsrail Silah Sənayeləri (IWI) tərəfindən istehsal edildiyi bildirilərək, buna dair fotoşəkillərə yer verilib.
 
BMT TŞ tərəfindən Cənubi Sudanla bağlı yaradılan komissiyanın 10 həftəlik işin nəticəsində hazırladığı hesabatda, İsrail rejimi ordusunun nəzarətindəki IWI tərəfindən istehsal edilən silahların yerli polis, milli təhlükəsizlik gücü və yüksək çinli rəsmilərlə, yüksək rütbəli zabitlərin mühafizəçiləri tərəfindən istifadə edildiyi qeyd olunub.
 
Cənubi Sudandakı İsrail istehsalı avtomatik silahların şəkillərinin olduğu komissiya hesabatında, həmçinin müxaliflərin əlində isə Çin silahları olduğu deyilir.
 
Cənubi Sudanda 20 aydır davam edən vətəndaş müharibəsinin sona çatması üçün Afrika Birliyi və Hökumətlərarası İnkişaf Hakimiyyətinin himayəsi altında 17 avqustda baş verən sülh danışıqlarına təqdim olunan müqavilədə müxaliflər birtərəfli imza atmışdılar. Ölkədə on minlərlə insanın ölməsinə, 2 milyondan çox insanın qaçqın düşməsinə səbəb olan qarşıdurmanın dayandırılması üçün gündəmə gələn müqavilə üçün Cənubi Sudan rəhbərliyi 15 günlük əlavə müddət istəmişdi. Alınan ən son məlumata görə isə Cənubi Sudan prezidenti Salva Kiir Mayardit müqaviləni imzalayıb.

Google+ WhatsApp ok.ru