Merkel radikal millətçilərin etirazı ilə qarşılaşdı

Almaniya baş naziri Angela Merkel ötən həftənin sonu köçkün əleyhinə hadisələrin baş verdiyi Drezden şəhəri yaxınlığında yerləşən Heidenauda səfər etdiyi qaçqın yataqxanasında qaçqın əleyhdarları tərəfindən etiraz edilib.
 
Maide.az xəbər verir ki, Merkel Saksoniya əyaləti sədri Stanislav Tillich, Heidenau bələdiyyə rəisi Jürgen Opitz və Almaniya Qızıl Xaç Cəmiyyəti sədri Rudolf Seiters ilə Heidenauda etirazların hədəfi olan mühacirət məskənini ziyarət edib.
 
Merkeli təxminən 600 mühacirin qaldığı evin qarşısında gözləyən köçkün əleyhinə bir qrup şüarlar səsləndiriblər. Etirazçılar uğursuzluqla günahlandırıb "xain" deyə qışqırdıqları Merkel isə əl yelləyərək yataqxanaya girib.
 
Jurnalistlərin buraxılmadığı və təxminən 1,5 saat davam edən səfərdən sonra jurnalistlər qarşısına çıxan Merkel, ölkəsindəki siyasi təzyiq və ya vətəndaş müharibəsindən qaçan hər kəsə Almaniyada ədalətli bir sığınacaq verilməsi prosesindən keçmə hüququna malik olduğunu deyib.
 
Ötən həftə yataqxana qarşısında radikal millətçilərin keçirdiyi mitinqlərə işarə edən Merkel, "Burada baş verən şeylər utancverici və iyrəncdir" deyib. 

Google+ WhatsApp ok.ru