Cəlilabadda torpaq sürüşməsi qeydə alınıb 05 Noyabr 2015 02:00 Hadisə Cəlilabad -Yardımlı avtomobil yolunun rayonun Pərdi kəndindən keçən hissəsində yenidən torpaq sürüşmələri baş verib. Yerli sakinlərin verdikləri məlumata görə, son günlərin intensiv yağıntıları zamanı dağlardan axıb gələn sel sularının yeraltı suxurlara dolması yol yatağının müəyyən hissəsinin yuyulması, bəzi ərazilərdə isə iri çatların əmələ gəlməsinə səbəb olub. Mövcud vəziyyət çökmüş yolun ətrafındakı alternativ yolda da müşahidə olunur. Sakinlərin qənaətincə, yağıntıların yenidən başlayacağı təqdirdə ərazidəki dağ yamacının tamamilə sürüşməsi baş verər. Belə olan halda isə 40-a yaxın ucqar yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilə bilər. Torpaq sürüşməsi həyətyanı sahələrdə də müşahidə olunur. Rayonun Pərdi kəndində iri torpaq qatı uçaraq həyətlərə tökülüb. Sürüşmə zamanı evlərə və təsərrüfatlara ziyan dəyməyib. apa / Teqlər : #Cəlilabadda torpaq sürüşməsi qeydə alınıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstanbulda zəhərli spirtli içkidən ölənlərin sayı 26 nəfərə çatıb Binəqədidə intihar etmək istəyən sahibkarı icra başçısı fikrindən daşındırdı