Cənubi Koreya müsəlman turistlər üçün xüsusi proqramlar həyata keçirir

Cənubi Koreyanın  Turizm Təşkilatı elan edib ki, cari ildə1 milyon müsəlman turistin ölkəyə səfər etməsini təmin etmək məqsədi ilə xüsusi proqramlar həyata keçirəcək. 
 
Maide.az xəbər verir ki, Cənubi Koreyanın Turizm Təşkilatı bildirib ki,müsəlman  turistlərin  ölkədə rifahını təmin etməküçün il boyu bir sıra proqramlar həyata keçirəcək. Layihə “Müsəlmanları sevən Koreya” adı ilə həyata keçirilir.
 
Məlumatda bilidirilir ki,  Cənubi Koreyaya səfər edən turistlərin əksəriyyəti  Çin və Yaponiyadandır. Dünya cəmiyyətinin 23 faizini müsəlmanlar təşkil edir və Cənubi Koreya  müsəlman ölkələrindən turistlərin ölkəyə səfərində maraqlıdır. Layihə çərçivəsində ölkənin 140 restoranında müsəlman turistlər üçün halal yeməklər veriləcək.
 
Müəslmanların namaz qılması üçün namazxanalar təsis olunacaq. Həmçinin  cari ildə bu ölkədə Halal Yeməklər Festivalı keçiriləcək. /
 
 

Google+ WhatsApp ok.ru