Hizbullah: Yaxın şərqdəki tənəzzülün icraçısı ABŞ-dır

Livan Hizbullahı İdarə Heyətinin sədri Haşim Safiddin Hizbullah Hərəkatının şəhid olan komandirlərini anmaq məqsədilə iştirak etdiyi bir mərasimdə bu bəyanatlar verib: "Regionda yeni bir vəziyyət yaranıb. Bizi qorxutmağa yönəlik bir sıra təşəbbüslər daha əvvəl hər hansı bir fayda vermədiyi kimi, bu gün də, gələcəkdə də verməyəcək".
 
Maide.az xəbər verir ki, Safiddin sözlərinin davamında Ərəbistan və müttəfiqlərinin məğlubiyyət oyununa işarə edərək, "Amerika öz mənfəətini qorumaq məqsədilə onları Suriyaya göndərib" deyib.
 
Safiddin həmçinin Amerikanın Suriyada, İraqda, hətta regionda baş verən tənəzzülün və xaosun icraçısı olduğunu bildirərək belə söyləyib:
 
"Ərəbistan və müttəfiqləri, keçmiş təcrübəsindən dərs almadıqları kimi, hələ də axmaq şəkildə hərəkət edirlər. Əgər bir ovuc dollarla dünyanı idarə edə bilirlərsə, onu deməliyik ki, xəyal qırıqlığı və ziyana uğrayacaqlar.
 
Əgər qorxutma, fitnə yaratma və təhdidlə Suriya, İraq, Livan və ya regiondakı hər hansı bir ölkədə gedişatı dəyişdirməyi zənn edirlərsə, xəyal qırıqlığına məruz qalacaqlar.
 
Gedişat heç vaxt geri qayıtmayacaq. Müqavimətin əldə etdiyi qələbələr və nailiyyətlər heç vaxt geri qayıtmayacaq. Ərəbistan, Türkiyə, Amerika və digər Ərəb körfəzi ölkələrinin bütün bu təhdid və qorxutma təşəbbüsləri heç bir fayda verməyəcək".

Google+ WhatsApp ok.ru