Cəlilabadda 11 yaşlı məktəbli intihar edib

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
 
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 16-da günorta saatlarında rayonun Gülməmmədli kəndində qeydə alınıb.  Kənd sakini, 2005-ci il təvəllüdlü  Sabir Səlim oğlu Nuri özünü yaşadığı evin yanındakı yardımçı tikilinin içərisində kəndirlə asıb.
 
11 yaşlı uşağın özünü hansı səbəblərdən öldürməsi ilə bağlı hər hansı bir aşıqlama verilmir.
 
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Google+ WhatsApp ok.ru