Salyanda və Tovuzda yol qəzası olub, Sabunçuda isə bağ evi yanıb

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində Ağstafa rayon sakini, 1960-cı il təvəllüdlü Asif Əhmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə “QAZ 3110” markalı maşın toqquşub. Nəticədə “VAZ”ın sürücüsü ağır bədən xəsarəti alaraq, əvvəlcə Tovuz Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Qazax Diaqnostika Mərkəzinə aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, A. Əhmədovun avtomobilində xırdabuynuzlu heyvan olub. O, heyvanı mal bazarında satmağa aparırmış. 
 
***
 
Salyanda ağır yol qəzası baş verib. Qəza nəticəsində Salyan rayonunun Yenikənd kənd sakini, 1958-ci il təvəllüdlü İsmayılov Əvəzağa Habil oğlu, Neftçala rayonunun Qoltuq kənd sakini, 1974-cü il təvəllüdlü Qardaşov Yadulla Əhədağa oğlu və həmin rayonun Həsənabad kənd sakini, 1977-ci il təvəllüdlü Abdullayev Araz Xalid oğlu ağır xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Onların ikisinə açıq bazu və baldır sınığı, birinə isə çanağın sınığı diaqnozu qoyulub.  
 
***
 
Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli 6 otaqlı bağ evinin yanar konstruksiyaları yanıb. 
Maide.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı digər bağ evləri yanğından mühafizə olunub. 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru