Cəlilabad rayonunda xeyli yaşayış evi su altında qalıb

Cəlilabad rayonunda xeyli yaşayış evi su altında qalıb

Hadisə rayonun Alar kəndində qarın əriməsi səbəbindən baş verib
 
Qarın əriməsi səbəbindən Cəlilabad rayonunda xeyli yaşayış evi su altında qalıb.
 
İnterAz-ın verdiyi məlumata görə, rayonun Alar kəndində qar əriməsi səbəbindən yaşayış evlərini su basıb.
 
Hazırda Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və xeyli sayda canlı qüvvəsi ərazidə çalışır. Xeyli yaşayış evini su basdığı bildirilir.
 
Su basmaya səbəb kimi dağlıq ərazidə qarın əriməsi göstərilir. /

Google+ WhatsApp ok.ru