Zaqatalada fındıq bağlarında yanğın olub

Zaqatalada fındıq bağlarında yanğın olub

Zaqatala rayonunda yeni salınmış fındıq bağlarında yanğın olub.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında  rayonun Muğanlı və Qandax kənd inzibati ərazilərində kənd bələdiyyəsinə məxsus, yeni salınmış fındıq bağlarında yanğın qeydə alınıb.
 
Hadisə yerlərinə  FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Muğanlı kəndindəki yanğın nəticəsində 4 hektar ərazidə əkilmiş 400 yaxın fındıq tingindən 100-ü, Qandax kəndində isə 2 hektar ərazidə əkilən 200 fındıq tingi yanıb.
 
Yanğının genişlənərək digər sahələrə keçməsinin qarşısı alınıb.
 
Faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru