Cənubi Koreyada xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb

Cənubi Koreyada xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb

-- Yanğını 3 saata söndürmək mümkün olub

Cənubi Koreyada xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.  
 
Maide.Az -ın “haberler.com”-a istinadən verdiyi xəbərə görə, yanğın Milyanq şəhərində Kral Secon adına xəstəxanada baş verib.
 
Yanğın nəticəsində daha 40 nəfərə tibbi yardın göstərilib.  
 
Yanğının binanın birinci mərtəbəsində yerləşən təxirəsalınmaz tibbi yardım şöbəsində başladığı ehtimal olunur. Yanğını 3 saata  söndürmək mümkün olub. 
 
Yanğın baş verdiyi zaman xəstəxanada 200 -dən çox  xəstə və tibb işçisini olduğu bildirilir.  Xəstəxanaya 2008-ci ildə istifadəyə verilmişdir. 
 
 
 

 

Google+ WhatsApp ok.ru