Cənubi Koreyada qatar relsdən çıxıb: 14 yaralı

Cənubi Koreyada qatar relsdən çıxıb: 14 yaralı

Cənubi Koreyada qatarın relsdən çıxması nəticəsində ən azı 14 nəfər xəsarət alıb.
 
Maide.Az-ın  Trend agentliyinə istinadən verdiyi məlumata əsasən, 198 sərnişin daşıyan qatar Kannından Seula hərəkət edirdi. Qatarın bütün vaqonları 103 km/s sürətlə hərəkət edərkən aşıb. Hadisə yerli vaxtla 07:35-də baş verib.
 
Yaralananlar xəstəxanalara yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.
 

Google+ WhatsApp ok.ru