Cənubi Koreyada leysan yağışlar 12 nəfərin ölümünə səbəb olub

Cənubi Koreyada leysan yağışlar 12 nəfərin ölümünə səbəb olub

Cənubi Koreyada leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində qurbanlarının sayı 4 gün ərzində 12 nəfər olub, daha 14 nəfər itkin düşüb.
 
Bu barədə ölkənin Təbii Fəlakətlərə və Qəzalara əks təsir üzrə Mərkəzi Qərargahı xəbər verib.
 
Bildirilir ki, ölənlərdən biri Seul, yeddisi Kyonqido əyalətinin və dördü Çxunçxon-Puktonun sakinləridir.
 
Ölkədə 600-dən çox yaşayış evinə zərər dəyib, 5 min hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb, mindən çox insan təxliyə edilib. /Trend
 

Google+ WhatsApp ok.ru