Hindistan Çindən ordusunu çəkməsini tələb etdi

Hindistan Çindən ordusunu çəkməsini tələb etdi

Hindistanın quru qoşunları nümayəndələri Çin hərbçiləri ilə keçirdiyi danışıqların 5-ci mərhələsində Şərqi Ladaxda faktiki nəzarət xəttindən tamamilə və tez bir müddətdə hərbçilərin çəkilməsini tələb edib. 

 Bu barədə bu gün “Hindustan Times” qəzeti hərbi mənbələrə istinadən məlumat verib.   

Qoşunların çəkilməsindən sonra Hindistan və Çinin bu mübahisəli ərazidə status-kvonu bərpa etməyə başlayacağı, Hindistan və Çin qoşunları tərəfindən patrul hərəkətinə dair  protokolun imzalana biləcəyi qeyd edilib. 

 "Qoşunların tam çıxması, Ladaxda Çin  ordusunun yollarının çəkilməsi, orada Çin fiber-optik rabitə xətlərinin çəkilməsi və hərbi mövqelərin təchiz edilməsi prosesinin sürətlə getməsi ilə əlaqədar olaraq gələcəkdə Hindistan və Çin arasında ikitərəfli danışıqların yüksək siyasi və diplomatik səviyyədə aparılması zəruri ola bilər", - deyə mənbə qeyd edib.    /eastnews.org/ 

Google+ WhatsApp ok.ru