Cakartadakı terrorun arxasından da İŞİD çıxdı - VİDEO -YENİLƏNİB

Cakartada 8 nəfərdən çox insanın  ölümü ilə nəticələnən silsilə partlayışların məsuliyyətini İŞİD üzərinə götürüb. 
 
Maide.az xəbər verir ki, İndoneziyada əcnəbi vətəndaşlara və təhlükəsizlik xidmətinə qarşı yönəlmiş terror aktını İŞİD həyata keçirib. Bu barədə terror təşkilatının informasiya agentliyindən göndərilən teleqramda məlumat verilib.
 
Bundan əvvəl Cakartanın polis rəisi Tito Karnavian da partlayışları məhz İŞİD-in törətdiyini açıqlamışdı. O bildirmişdi ki, hücumu İŞİD-in indoneziyalı terrorçusu və Suriyada döyüşən Barun Naim təşkil edib. 
 
Polisin məlumatında bildirilir ki, hələ ötən ilin noyabrın sonunda İŞİD İndoneziya polisini hücumla bağlı hədələmiş, cihadçılar İndoneziyada “konsert olacağı” xəbərdarlığını etmişdi. 
 
İndoneziyanın paytaxtı Cakartada bu gün ayrı-ayrı məkanlarda 6 güclü partlayış və silahlı hücum qeydə alınmışdı. Hadisə nəticəsində azı 8 nəfərin öldüyü, onlarla insanın xəsarət aldığı bildirilmişdi. Həlak olanlardan üçü polis əməkdaşı, biri əcnəbi olmaqla digər üçü isə dinc vətəndaş olub.
 
Terrorçular əsasən insanların çox olduğu yerləri - Sarinah böyük ticarət mərkəzinin ətrafını, polis məntəqələrini, BMT-nin ofisi , bir sıra ölkələrin, o cümlədən Türkiyə və Pakistan səfirliklərinin yerləşdiyi əraziləri hədəfə alıblar. 
 
 
****
 
İndoneziyanın paytaxtı Cakartada bir neçə bomba səsi eşidilib. 
Maide.az xəbər verir ki, partlayışlar nəticəsində ən az 8 nəfər həlak olub. Onlardan 1-i polis, 3 dinc sakin və 4-ü terrorçudu. 
Partlayış Sarina ticarət mərkəzinin qarşısında kafenin yaxınlığında baş verib. 
Məlumatlara görə, 14 terrorçu bu hücumları təşkil edib ki, onlardan 4 nəfərinin həbs olunduğu bildirilir.  
Polisin bildirdiyinə görə, partlayışlardan biri kamikadze tərəfindən törədilib. /
 

Google+ WhatsApp ok.ru