Türkiyənin Sur rayonunda intensiv qarşıdurma

PKK-ya qarşı əməliyyatlar davam edərkən rayondan sıx silah və partlayış səsləri gəlir

Maide.az xəbər verir ki,  Diyarbəkir mərkəz Sur rayonunda xəndəklərin örtülməsi, barrikadaların götürülməsi və PKK-çıların zərərsizləşdirilməsi üçün tətbiq olunan küçəyə çıxma qadağası davam edərkən, rayondan bu gün intensiv şəkildə partlayış və silah səsləri yüksəlib.
 Gecə başlayan və səhər saatlarında da davam edən şiddətli partlayışların səsi şəhərin hər yerində eşidilib. Bu gün baş verən gərgin qarşıdurmalar səbəbiylə Qazi prospekti üzərindəki dükançıların bir qisminin iş yerlərini açmayıb.

Google+ WhatsApp ok.ru