Cavad Zərif: “Nüvə danışıqlarında boşluqlar qalır”

İranın xarici işlər naziri Cavad Zərif deyir ki, Birləşmiş Ştatlar və digər böyük dövlətlərlə nüvə danışıqlarında boşluqlar qalır. Maide.az xəbər verir ki, Zərif martın 16-da ABŞ Dövlət katibi Con Kerri ilə İsveçrənin Luzanna şəhərində danışıqlardan sonra danışıb.
 
“Həll yaxındadır, ancaq hələ də bəzi sahələrdə boşluqlar qalmaqdadır,” Zərif deyib.
 
İranın nümayəndə heyəti daha sonra Brüsselə Avropa nazirləri ilə danışıqlara gedib.
 
Yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ciddi narahatlıqları aradan qaldırmaq üçün çətin və vacib seçimlər etməlidir. 

Google+ WhatsApp ok.ru