Səudiyyə Ərəbistanından Əl-Əzhərə şiələri qınaması üçün 3 milyard dollarlıq rüşvət

Maide.az xəbər verir ki, "Nəbə" televiziyasının internet saytında yer alan məlumata görə, Misirli siyasi xadim Məhəmməd Əl-Baradey Əl-Əzhərin İraqda könüllü xalq güclərindən ibarət "Əl-haşid əş-şabi" güclərini qınaması üçün Ərəbistan tərəfindən ağır təzyiqə məruz qaldığını və Ər-Riyadın sonda onları pul yolu ilə ələ almağa nail olduqlarını bildirib.
 
Baradey Misir Maliyyə Nazirliyinin Ərəbistan rəhbərliyindən İraqla bağlı belə bir bəyanat verməsi üçün Əl-Əzhərə maddi yardım göstərməsini istədiyini, Ərəbistanın isə ilk əvvəl Əl-Əzhər tərəfindən belə bir bəyanatın dərc olunmasını və sonra bu yardımı edəcəyini bildirdiyini söyləyib.
 
Qeyd edək ki, Əl-Əzhər son günlər yaydığı bəyanatda sözügedən İraqlı xalq müdafiə gücünün İraq ordusu tərəfindən azad edilən və sünni müsəlmanların yaşadığı ərazilərdə dəhşətli qətllər törətdiklərini iddia etmişdi.
 
Digər tərəfdən, İraq prezidentinin birinci müavini Nuri Əl-Maliki yazılı açıqlama verərək, Əl-Əzhərin belə bir bəyanat yaymaqla, əslində İŞİD terror təşkilatının oyununa aldandığını bildirərək, Əl-Əzhərdən öz bəyanatlarını daha etibarlı mənbələrə əsaslanaraq hazırlamasını istəyib.

Google+ WhatsApp ok.ru