Cenevrədə Suriya danışıqları başlayır

Suriyadakı böhrana siyasi həll yolu tapmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) rəhbərliyi altında hökumət və müxalifət nümayəndələri ilə ayrı-ayrılıqda aparılması planlaşdırılan görüşlər, İsveçrənin Cenevrə şəhərində bu gün başlayır, ancaq müxalifət, tələbləri qəbul edilənə qədər görüşlərə qatılmayacağını deyir.
 
Maide.az xəbər verir ki, danışıqlarda iştirak edəcək tərəflər aydın olmamasına baxmayaraq, mətbuatın görüşlərə marağı çoxdur. Görüşləri izləmək üçün BMT nümayəndələrindən əlavə, təxminən 500 media mənsubu akkreditasiya olub.
 
Suriyalı müxaliflərin formalaşdırdığı Müzakirə Ali Komissiyası danışıqlarda iştirak etmək üçün BMT-yə təqdim etdiyi mühasirənin ləğvi, məhbusların azad edilməsi və humanitar yardımların çatdırılması tələbləri qəbul edilənə qədər görüşlərə qatılmayacağını açıqlayıb. Suriyalı müxaliflərin nümayəndəsi Riyad Hicab dünən axşam CNN-ə açıqlamasında, "Uğursuzluğa məhkum çıxışlar etməyə getmək istəmirik. Gedib danışıqlara qoşulmaq istəyirik, amma beynəlxalq cəmiyyətin öhdəliklərinə uyğun şəkildə davranması lazımdır", - deyib.
 
Suriya hökumətini isə Cenevrədə Suriyanın BMT daimi nümayəndəsi Bəşər Əl-Cəfəri təmsil edəcək.

Google+ WhatsApp ok.ru