Səudiyyə Ərəbistanda İmam Rza (ə) məscidinə hücumda 5 nəfər şəhid olub - VİDEO- YENİLƏNİB

Maide.az xəbər verir ki,  ilk öncə İmam Rza (ə) məscidində partlayış baş verib, daha sonra terrorçular məsciddə cümə namazına gəlmiş insanlara atəş açıblar. 
Hadisə nəticəsində 5 nəfər şəhid olub. 
Əl-Cəzirə televiziyası məlumat verir ki, bu terror aktı ilə bağlı polis iki nəfəri saxlayıb. 
 
 
****
 
Səudiyyə Ərəbistanının şərq hissəsində, Əhli-beyt (ə) davamçılarının sıx yaşadığı Ahsa bölgəsində terrorçuların Cümə namazı qılınan məscidə hücumu olub.
 
Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, məscidə hücum edən terrorçular əllərindəki silahlarla insanlara atəş açıb. Nəticədə 3 nəfər şəhid olub.
 
Şahidlərin bildirdiyinə görə, hücum zamanı 10-dan çox insan xəsarət alıb. Terrorçular bir qumbaranı məscidin həyətində partladıb, burada da xəsarət alanlar olub.
 
Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri əynində kamikadze jileti olan terrorçuları zərərsizləşdirə bilib.

Google+ WhatsApp ok.ru