Ceyhanda yanğın başladı

Türkiyənin dövlət boru kəməri şirkəti "Botaş"ın neft emalı zavodunda yanğın baş verib.
 
Yanğın hadisəsi Türkiyənin Adana şəhərindəki Ceyhan bölgəsində qeydə alınıb. Yanğın səhər saatlarından başlayıb. 
 
Zavodda baş verən yanğına yanğınsöndürənlər tərəfindən müdaxilə edilib. Ancaq yanğın hələ də söndürülməyib. 
 
Hazırda söndürmə işlərinə dəstək vermək üçün Adanadan da xilasetmə dəstələri əraziyə cəlb olunub. 

Google+ WhatsApp ok.ru