Cümə günü İranda imperializm əleyhinə aksiyalar keçirləcək

Cümə günü İranda imperializm əleyhinə aksiyalar keçirləcək

-- ABŞ prezidentinin nüvə sazişindən çıxamasına etiraz olaraq

İran İslam Respublikasının İslam Təbliğatı Koordinasiya Şurası İran xalqını bu həftə cümə namazından sonra imperializm və ABŞ-ın hegemon hökumətinin sədaqətsizliyi əleyhinə xalq yürüşündə iştiraka dəvət edib.
 
Maide.Az “İRİB”-ə istinadən xəbər verir ki, İran İslam Təbliğatı Koordinasiya Şurasının müraciətində ABŞ prezidenti Donald Trampın birtərəfli qaydada nüvə anlaşmasından çıxmasını pisləyib.
 
ABŞ prezidentinin qərarını İran xalqına qarşı psixoloji müharibənin gücləndirilməsi və İran xalqına qarşı iqtisadi təzyiqlərin artırılması kimi dəyərləndirən Şura  xalqı 11 may tarixində cümə namazında iştirak etdikdən sonra ABŞ və sionizm əleyhinə aksiyada iştiraka dəvət edib. 
 

Google+ WhatsApp ok.ru