CNN parlamentə hücum edən şəxs barədə məlumat yaydı

Amerikalı mənbələr Ottava şəhərində parlamentə silahlı hücum edənin şəxsiyyətini açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, bu səhər Ottava şəhərindəki üç yerdə baş verən silahlı hücum və Kanada parlamentinin də hədəf alınması amerikalı səlahiyyətlilərin də hadisəyə müdaxil etməsinə gətirib çıxarıb.
 
CNN-nin verdiyi xəbərə görə Amerikalı mənbələr belə açıqlama verib: Silahlı hücumu təşkil edən yenicə müsəlman olmuş 32 yaşlı Mişel Zehaviby adında biridir.
 
Qeyd edək ki, hər zaman bu cür silahlı hücumlarda daim nədənsə Qərb ölkələri müsəlman izi axtarır. Amma heç zaman qətliam törədən şəxsin xristian və ya yəhudi olması barədə bildirilmir. Bu isə onu göstərir ki, Qərbdə hələ də İslam barədə qorxulu din olması təbliğatı aparılır. Amma unudulur ki, təcavüzkarın, qatilin dini olmur.

Google+ WhatsApp ok.ru