Müsəlman qadınlar Fransadan köçməyi planlaşdırır

Fransada hicaba olunan qadağadan 10 il ötür. Müsəlman qadınlar hələ də islamofobiya və ayrı-seçkiliklə qarşılaşır, elə bu səbəbdən onların əksəriyyəti artıq Fransadan köçməyi planlaşdırır.
Parisin 18 yaşlı müsəlman sakini Sara B. bildirir ki, " Mən özüm özümə deyirəm, mənim gələcəyim bu ölkə ilə bağlı olmaya bilər. Məni burda qəbul etmirlərsə, burdan getməliyəm. Bütün həyatımı məni qəbul etsinlər deyə mübarizə aparmaq istəmirəm. Bütün qadınlar kimi sərbəsət, rahat yaşamaq istəyirəm. Ola bilsin ki, İngiltərə və ya Kanadaya köçərəm və yaxud valideynlərimin vətəni - Mərakeşə qayıdaram.  Fransanı çox sevirəm, lakin azadlıq haqqımda var. Mənim özüm olma haqqım var. Hicabı çıxarmaq çox ağırdır"
Sara qəti qərara gəlmək üçün özünə 5 il vaxt ayırıb. Onun problemləri 3 il öncə, hicab bağladıqdan sonra başlayıb. Kolleclərdə hicab qadağası olduğundan, Sara dərslərdə iştirak etmək üçün problemlə üzləşir.  //

 

Google+ WhatsApp ok.ru