İŞİD-dən növbəti vəhşilik: uşaqlar edam həyata keçirdi, 2 min insan izlədi - FOTO

İŞİD terrorçuları Suriyada 25 əsgəri uşaqlara güllələtdilər.
Maide.az xəbər verir ki, İŞİD terror qruplaşması Suriyada ələ keçirdiyi tarixi Palmira şəhərindəki Antik Teatrda 25 əsgəri edam ediblər.
Terrorçular edamı özləri yox, onların yetişdirdikləri uşaqlara etdiriblər. “Gələcəyin terrorçuları” olan uşaqlar 2 min nəfərin gözü qarşısında əsgərlərin başına güllə açaraq edamı həyata keçiriblər.
Qeyd edək ki, bu İŞİD-in ilk belə vəhşiliyi deyil. Terrorçu təşkilat bundan öncə də kütləvi qətllərdə uşaqlardan istifadə ediblər./
 
 

Google+ WhatsApp ok.ru