İraq ordusundan böyük xəta

Bağdad səmasında uçan İraq ordusunun təyyarəsindəki texniki nasazlıq böyük faciəyə səbəb olub.
Maide.az xəbər verir ki, texniki nasazlıqdan sonra təyyarədəki bomba yaşayış məntəqələrinin üzərinə düşüb.
Məlumata görə, bomba 3 evi dağıdıb. Ətrafdakı digər evlərə də müəyyən miqdarda ziyan dəyib.
Hadisə nəticəsində 7 nəfər ölüb.
Hazırda texniki nasazlığın səbəbi araşdırılır./
 

Google+ WhatsApp ok.ru