İŞİD-in Kobanidə yeraltı sığınacaqları aşkarlandı

İŞİD terror təşkilatının Mosula “vali” olaraq təyin etdiyi “Əbu Talut” kod adlı Həsən Suud Halilin zəhərlənərək öldürülməsindən sonra terror qruplaşmasına növbəti zərbə Kobanidə vurulub.
 
Maide.az xəbər verir ki, İŞİD strateji məntəqələrdən hesab olunan Kobanidə ələ keçirdiyi əsas nöqtələri itirib.
 
Ələ keçirilən nöqtələrdə İŞİD-in yeraltı sığınacaqlar qazdıqları ortaya çıxıb. Terror qruplaşmasının Kobani səmalarında dolaşan üç pilotsuz aparatı kürd özünümüdafiə qüvvələri tərəfindən vurulub.
 
Koalisiya qüvvələrinə aid döyüş təyyarələrinin Mosulda təşkil etdiyi hava hücumunda isə İŞİD-in yüksək rütbəli iki üzvü öldürülüb. Öldürülənlərin Sultan Həməd və Əbubəkr Məsudi olduğu bildirilir.

Google+ WhatsApp ok.ru