Moskvada tarixdə ən böyük tıxac qeydə alınıb - FOTO

Moskvada güclü qar yağması paytaxtın yol hərəkətini tamamən iflic edib. Günortaya yaxın tıxaclar maksimal həddə - 10 bal həddinə çatıb və artıq dörd saatdan çoxdur ki, bu səviyyədədir. Səbəb isə dünən səhərdən yağmağa başlayan qardır.

Son bir neçə il ərzində ilk dəfədir ki, Moskvada maksimal tıxac balı qeydə alınıb.

“Dostlar, bu tarixi günü yadda saxlayın. İlk dəfədir ki, tıxaclar erkən saatlarda 10 bal gücündə və bu qədər uzun müddət oldu. Artıq 7 saatdan çoxdur. Daha nələr olacaq, məlum deyil”, - “Yandeks” şirkətinin KİV ilə iş üzrə meneceri Elisa Staviskaya Facebook səhifəsində yazıb.

Paytaxtın Nəqliyyat Departamentinin məlumatına görə, 12.00-dan 13.00-a qədər Moskva yollarında “nəqliyyat vəziyyətinə kritik təsir edən” 44 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Günorta vəziyyət daha da kəskinləşib, 15.00-dan 17.00-a qədər minə yaxın qəza törədilib, onlardan 42-si ciddi qəzadır.

Qar yağması, həmçinin Moskva aeroportunda 20-dən çox reysin ləğvinə, 170-dən çox reysin isə gecikdirilməsinə gətirib çıxarıb.

 

Google+ WhatsApp ok.ru