İŞİD-in Pakistanda izləri

Ötən həftəər ərzində İŞİD terror qruplaşması üçün Pakistanın müxtəlif şəhərlərində təbliğat aparılır.

Maid.az-ın Pakistan KİV-lərinə istinadən məlumatına görə, belə ki, divarlarda yazılar yazılır, reklam banerləri asılır, İŞİD terrorçuları dəstəkləmək məqsədi ilə kitabçalar paylanılır. Bu təbliğatlar əsasən Pancab əyalətinin Lahur, Multan, Taksila şəhərlərində, Kəraçi və Pişavər şəhərlərində aparılır.

Deyilənlərə görə, 10 nəfərlik bir dəstə təbliğata başçılıq edirlər.

Qeyd edək ki, son günlərdə Pakistanda şiələrə qarşı hücumların sayı artıb.Bu hücumların ifratçı qrupların törətdiyi bildirilir./

 

Google+ WhatsApp ok.ru