Paksitanlı xüsusi xidmət işçisi: `Bağdadini ABŞ qızışdırıb`

İŞİD rəhbəri Bağdadi barədə bu dəfə də sovet işğalı dövründə müqavimət göstərən yerli qruplaşmalara təlim keçmiş pakistanlı milli təhlükəsizlik işçisi Hamid Qul açıqlama verib. O, ABŞ-ın Bağdadinin keçmişindən xəbərdar olduğunu bildirib.
 
Maide.az xəbər verir ki, Hamid Qul, Sovet İttifaqının 1979-1989-cu illər arasında Əfqanıstan işğalına müqavimət göstərən yerli qruplaşmaların Pakistan vasitəsilə silahlandırılması, təlimi və logistikasının təmin edilməsində rol oynayıb.
 
Qul, İŞİD lideri Əbubəkr əl-Bağdadinin 1988-ci ildə Əfqanıstandakı düşərgələrdə təlim keçdiyini bildirib: “Orada bəzi ərəb gənclər gördüm. Yaxşı ailələr, uşaqlarını yardım göstərmələri üçün xidmətə göndərirdilər. Bu uşaqlar kiçik idi, onları heç gənc də hesab etmək olmazdı. Araşdırmalarımın nəticəsi olaraq Bağdadinin də orada olduğuna inanıram”.
 
ABŞ-ın İraq işğalı dönəmində Bağdadi haqqında əldə etdiyi məlumatları paylaşmamasını dəyərləndirən təqaüdçü general Qul, ABŞ-lı səlahiyyətli şəxslərin çox güman ki, Bağdadinin keçmişindən xəbərdar olduğuna işarə edib.
 
O həmçinin İraqda həbs edilən Bağdadinin azadlığa buraxıldıqdan sonra çox güman ki, ABŞ tərəfindən qızışdırıldığını bildirib.

Google+ WhatsApp ok.ru