İŞİD-in Samerraya hücumunun qarşısı alındı

İŞİD-in Samerraya hücumunun qarşısı alındı

İraqın Həşduş-Şəbi (xalq könüllüləri) qüvvələri bu gün Samerranın cənubunda İŞİD terrorçularının hücumunun qarşısını aldıqları barədə məlumat yayıb.
 
Maide.Az İQNA -a istinadla xəbər verir ki, İŞİD terrorçuları Samerranın cənubunda yerləşən “Telluz-Zəhəb” rayonuna nüfuz edərək Bələd şəhrinə və “Seyyid Əhməd türbəsi”nə gedən “Qənat 14” strateji şossesində əlaqəni kəsmək istəyiblər.
 
Qeyd edək ki, İŞİD terrorçuları 2017-ci ildə İraqda xalq könüllülərinənin döyüşçülərinə məğlub olsalar da onların qalıqları müxtəlif bölgələrdə bəzi vaxtlar terror əməliyyatları həyata keçirməyə cəhd edirlər.  

Google+ WhatsApp ok.ru