Dəhşətli sunamidən 10 il sonra ailəsini tapdı (VİDEO)

2004-cü ildə təbii fəlakətdən sonra itkin düşən  Raudhatul Jannah 10 il sonra ailəsinə qovuşub.Bu qeyri-adı hadisə İndoneziyada baş verib.  Sunami zamanı itkin düşən 4 yaşlı Jannahı 10 il sonra dayısı təsadüfən yolda görüb.    Anası qızını görərkən  göz yaşalarına hakim ola bilməyib. "Həyat yoldaşım və mən çox xoşbəxtəm. Allaha çox şükür ki, 10 il sonra qızıma qovuşdum. İlk görüşümüzdə qəlbim sanki yerindən çıxacaqdı. Qızımı sahildə balıqçılar tapıb və bu günə qədər saxlayıblar", deyə ana bildirib.     Bütün bunlara baxmayaraq ana Jannahı DNA testi etdirəcəyini bildirib. Jannahın öz qızı olduğundan əmin olduğunu deyən ana onu ilk dəfə gördüyü anda tanıdığını bildirib: "Mənim qızımla bərabər bir oğlum da itkin düşümdü. İndi onun harada olduğunu bilmirəm, amma illərdir ki, onun da yolunu gözləyirəm". Qeyd edək ki, Jannah başına gələnlərdən sonra çox az danışır. O adətən hadisələrə təbəssüm edərək reaksiya verir.

Google+ WhatsApp ok.ru