İŞİD Ər-Rəmadiyə kimyəvi hücum edib

Maide.az-ın məlumatına görə, İraqın əl-Anbar vilayətinin təhlükəsizlik xidmətləri bildiriblər ki, İŞİD terror qruplaşması zəhərli xlor qazı tərkibli mərmiləri olan minaatanlarla vilayətin Ər-Rəmadi şəhərini hədəfə alıb. Bu isə, şəhərdəki insanların bir qrupunun boğulmasına səbəb olub. 
 
Əl-Anbar Vilayət Şurasının üzvü Fərhan Məhəmməd də bildirib ki, İŞİD ünsürləri çərşənbə günü Ər-Rəmadi şəhərində bəzi təhlükəsizlik mərkəzləri və yaşayış massivlərini xlor qazı tərkibli bombalarla hədəfə alıblar: "Bir qrup İraq vətəndaşı bu zəhərli qazın yayılması nəticəsində nəfəs çatışmazlığı ilə üzləşib və xəstəxanaya aparılıb. Xlor, istifadəsi nəticəsində boğulmaya səbəb olan maddədir və I Dünya Müharibəsində kimyəvi silah olaraq ondan istifadə olunub." 
 
İraq prezidenti Fuad Məsum türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi müştərək mtəbuat konfransında İŞİD terror qruplaşmasının heç bir din və məzhəbi olmadığını və etik qaydalara söykənmədiyini bəyan edərək deyib: "Bu təhlükəli bəla ilə mübarizə olmadığı halda, ölkələr, hətta digər qitələrə də sirayət edəcək."

Google+ WhatsApp ok.ru