İslam dünyası ensiklopediyasının 19-cü cildinin təqdimatı olub

İslam dünyası ensiklopediyasının 19-cu cildi və islami ensiklopediya fondunun yeni internet portalının təqdimatı mərasimi keçirilib.
 
Maide.az-ın məlumatına görə, bu ensiklopediya, fondun elmi heyəti və bir qrup alim və tədqiqatçı tərəfindən yazılıb. Ensiklopediyanın 19-cu cildinin təqdimatı mərasimində fondun icraçı direktoru Qulaməli Həddad Adil və bir qrup universitet müəllimi və mədəniyyət xadimi iştirak edib.
 
Mərasimdə həmçinin islami Ensiklopediya Fondunun yeni internet portalının da təqdimat mərasimi keçirilib. Bu portal yeni imkanlar və yeni görünüşlə fondun xəbərləri və ensiklopediyanın məqalələri ilə tanış olmaq istəyənlərə xidmətlər təqdim edəcək.
 
İslami Ensiklopediya Fondu İslam inqilabının rəhbəri tərəfindən təsis olunub. Fondun sədri Həzrət Ayətullahül-üzma Xamenei, icraçı direktoru isə Qulaməli Həddad Adildir. İslam Dünyasının Ensiklopediyasının elmi qrupları 16 əsas qrupa bölünərək İslam dünyası mövzusunda araşdırmalarla məşğuldurlar. Bu fəaliyyətin nəticəsində indiyədək ensiklopediyanın 19 cildi nəşr edilib.

Google+ WhatsApp ok.ru