Dəmirəl xəstəxanaya yerləşdirildi

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəziyyəti ağırlaşıb.  

Bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, bir neçə dəqiqə öncə Dəmirəlin Ankarada yerləşən evinə iki təcili yardım maşını gəlib.  

İlkin müdaxilədən sonra o, Ankara Güvən Xəstəxanasına yerləşdirilib.  

Qeyd edək ki, Dəmirəl 1993-2000-ci illərdə Türkiyənin prezidenti olub.

Google+ WhatsApp ok.ru