ABŞ-da 1 məhkum edam edilib

Texasda 13 il əvvəl üç nəfəri öldürdüyü üçün məhkum olunan 32 yaşlı ABŞ vətəndaşı edam edilib.
 
Maide.az xəbər verir ki, məhkumun edam cəzası zəhərli iynə ilə həyata keçirilib.
 
Rısmilər 32 yaşlı Derrik Devayne Çarlzın Huntsville şəhərindəki əyalət həbsxanasında ölümcül dozada dərman yeridildikdən 25 dəqiqə sonra öldüyünü açıqlayıb.
 
Narkoman olan Çarlz 2002-ci ildə Hyustonda 15 yaşlı qız dostu Myiesha Bennett, sevgilisinin 44 yaşlı anası Brenda Bennett və 77 yaşlı nənəsi Obie Bennetti öldürmüşdü. O vaxt 19 yaşında olan Çarlz, ertəsi gün bir oteldə yaxalanıb və cinayətləri etiraf etmişdi.
 
Vəkilləri müvəkkillərinin psixi sağlamlığının yerində olmadığını irəli sürərək, edam cəzasının ləğvi üçün Kassasiya Məhkəməsinə müraciət etmiş, lakin tələbləri geri qaytarılmışdı.
 
Çarlz bu il Texasda edam edilən yeddici məhkumdur.

Google+ WhatsApp ok.ru