Dəniz Baykalın avtomobili qarət edilib

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, hazırda millət vəkili olan Dəniz Baykalın avtomobili qarət edilib.
 
Hadisə Antalyanın Muradpaşa rayonunda qeydə alınıb. Səhər saatlarında həyat yoldaşı Olcay Baykalla birlikdə çimərliyə gedən Dəniz Baykal özü idarə etdiyi avtomobilini “Beach Park”ın avtodayanacağında saxlayaraq, dənizə girib.
 
2 saata yaxın dənizdə qalan cütlük evə qayıdarkən yolda pul qabı və telefonlarını oğurlandığını görüblər. Onlar dərhal polisə xəbər veriblər. Dəniz Baykal “polis araşdırma aparır, üzərimizdə çox pul yox idi, amma telefonumun getməsi çox pis oldu” deyə bildirib.

Google+ WhatsApp ok.ru