Səudiyyə Ərəbistanında daha bir məsciddə törədilən partlayış nəticəsində 15 nəfər ölüb

Səudiyyə Ərəbistanın cənub-qərbindəki Abha şəhərində məscidlərin birində törədilən partlayış nəticəsində 12-si təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla 15 nəfər ölüb.
 
Maide.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın DİN-i məlumat yayıb.
 
Məlumata görə, xüsusi təyinatlı qüvvələrin əməkdaşları üçün nəzərdə tutulan məsciddə partlayış ötən gün günorta saatlarında törədilib. Partlayışın üzərinə partlayıcı qurğu bərkidilmiş terrorçu-kamikadze tərəfindən törədildiyi qeyd olunur.
 
Qeyd edək ki, mayda  Səudiyyə Ərəbistanında bir neçə məsciddə törədilən partlayış nəticəsində 20-dən çox adam ölüb. Partlayışlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.  

Google+ WhatsApp ok.ru