Dəməşqdə Putin tərəfdarları mitinq keçirib - FOTO

Bir neçə gün əvvəl Suriya KİV-ləri bu ölkənin əhalisinin Rusiyanın Suriyaya hava hücumlarını dəstəklədiyini bildirmişdilər. Hücumlara dəstək nümayiş etdirilən bu mitinqdən çəkilən şəkillər də yayılmışdı.
 
Maide.az xəbər verir ki, bir müddət öncə Suriyanın “Əl-Əxbariyyə” telekanalı Suriya xalqının Rusiya qırıcıları tərəfindən İŞİD terroristlərinə qarşı keçirdiyi hərbi əməliyyatlardan sevindiyi və razı qaldığını bildirib və yazıb ki, bu hücumlar Suriya xalqını ümidvar edib.
 
Bu xəbərə əsasən, Suriya əhalisi Rusiya hərbi təyyarələrinin hücumları ilə eyni vaxtda bu ölkənin ordusunun son qələbəsi və nailiyyətlərinə sevinir və “Əl-Əxbariyyə” telekanalı ilə müsahibədə bu qələbələrdən ümidvar olduğunu dilə gətirmişdir.
 
Telekanal xəbər verir ki, Suriya vətəndaşları Rusiyaya öz razılıqlarını ifadə etməklə, onu Suriya böhranı başlayandan bəri bu ölkənin dövlətinin və xalqının yanında olduğunu qeyd etmiş və onu əsl müttəfiq adlandırıblar. Bu arada, Fars Agentliyi bugün Dəməşqdə Rusiya tərəfdarlarının keçirdiyi mitinqdən görüntüləri yayıb. Nümayişçilər Putin və Bəşar Əsədin plakatlarını əllərində tutaraq paytaxtda yerləşən Rusiya Səfirliyinə doğru yürüş ediblər./
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru