Kanada müsəlmanları soyuq mövsüm ərəfəsində ehtiyac sahiblərinə yardım edirlər - FOTO

Kanadanın “Nova Scoshya” əyalətinə mənsub “Helifcs” şəhərində isti geyimlər toplayaraq evsiz və yardıma möhtac insanlara verirlər. Bu yardımla, onların qış fəslini daha isti keçirmələrinə kömək etmiş olurlar.
 
Maide.az xəbər verir ki, “İnsanlıq naminə geyimlər” Proqramının koordinasiya direktoru “Esra-əlDərhəli” bununla bağlı deyib: Ötən qış bir çox insanlar isti geyimləri olmadığı üçün soyuqdan əziyyət çəkiblər, bu baxımdan, bu gün biz çalışırıq ki, şəhərimizn ehtiyaclı insanları üçün isti geyimlər hazırlayaq.  
 
Müsəlman könüllülər 11 oktyabr bazar günü “Helifcs” şəhərində yerləşən “Mic Mec” Ticarət Mərkəzində həmin tədbiri keçirməklə, ümumilikdə 700 ədəd isti geyim toplanaraq ehtiyaclı insanlara verilib.
 
Təşəbbüs qrupu bu ayın sonunadək Kanadanın bir neçə universitetində isti geyim toplama kampaniyasına davam edəcək və daha sonra toplanmış geyimlər insanlara veriləcək.
 
“Əl-Dərhəli” bu kampaniyanın illik bir proqrama çevriləcəyinə ümidvar olduğunu bildirərək deyib: Burada bütün irqlərdən, qruplardan və dinlərdən olan könüllülər toplanarq yalnız ümumi bir məqsədə, yəni, möhtac insanlara yardım naminə çalışırlar.
 
Müsəlmanlar 35 milyon əhalisi olan Kanadanın təxminən 2 fazini təşkil edir.
 
Qeyd edək ki, Kanada İslama gələnlərin sayı son on ildə nəzərəçarpaçaq dərəcədə artıb və xristianlıqdan sonra bu ölkənin ən böyük dini sayılır. Araşdırmalar onu göstərir ki, Kanada müsəlmanlarının bilik səviyyəsi əhalinin ümumi savadlılıq səviyyəsindən daha yüksəkdir./
 

Google+ WhatsApp ok.ru