Dərbənddə atışma: 1 sərhədçi öldürülüb, 11 nəfər yaralanıb

Dekabrın 29-da gecə saatlarında Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər Narın-qala qalasının baxış meydançasında bir qrup şəxsə atəş açıb. Bu barədə “İnterfaks” məlumat yayıb. Nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır. Məlumata görə, atəşə tutulanlar hərbçilər olub. Ölən şəxs isə sərhədçidir.
 
Faktla əlaqədar cinayət işi açılıb. Dağıstan prezidenti Ramazan Abdulatipov bildirib ki, atəş açanlar qanunsuz silahlı dəstənin üzvləri olub. O, söz verib ki, Dağıstan hakimiyyəti günahkarların tapılıb məsuliyyətə cəlb edilməsi üçün bütün qüvvəsini səfərbər edəcək./

Google+ WhatsApp ok.ru