Avropaya dəniz yolu ilə 1 milyondan çox qaçqın gedib

2015-ci ilin əvvəlindən başlayaraq Avropaya dəniz yolu ilə 1 milyondan çox qaçqın və miqrant gedib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə agentliyi məlumat yayıb. 
Maide.az xəbər verir ki, məlumata görə, 1 milyon 573 insanın Aralıq dənizini keçib ki, onlardan 3735 nəfəri ölüb və ya itgin düşüb. 
844 min 176  insan Yunanıstana Türkiyə yolu ilə keçib.152 min 700 nəfər isə Liviyadan Italiyaya  keçiblər. 
Dəniz yolu ilə Avropaya gələnlərin sayı 2014-cü ildən etibarən kəskin şəkildə artmağa başlayıb. Həmin dövrdə Avropada onların sayı 216 mindən çox deyildi.
BMT-nin Qaçqınlar üzrə agentliyi çox sayda qaçqın və miqrantın Avropaya çatmaq üçün ümidsiz halda öz şansını qayıq və katerlərin göyərtəsində sınadığını bildirir: “Bu təhlükəli keçidə cəhd edənlərin böyük əksəriyyətinin vətənindəki müharibədən, zorakılıq və təqiblərdən yayınmağa, beynəlxalq mühafizəyə ehtiyacı var. Suriyadan gələrək Aralıq dənizini keçənlərin bir hissəsi də Əfqanıstandan gələnlərdir”.
Suriya və Əfqanıstandan sonra digər miqrantlar əsasən,Pakistan,Nigeriya, Somali, Sudan, Qambiya və Mali ölkələrindəndirlər. 
Suriyada baş verən gərginliklər nəticəsində 4 milyondan çox insanın evlərindən didərgin düşdüyü bildirilir. /
 
 

Google+ WhatsApp ok.ru